EN

Ağcabədi və Hacıqabulda kanalda iki nəfər batıb - YENİLƏNİB

Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində iki nəfər batıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.

Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.

***

Ağcabədi rayonunda 17 yaşlı oğlan kanalda batıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, hadisə Qarabağ kanalının rayonun Salmanbəyli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İlkin məlumata görə, içkili vəziyyətdə olduğu ehtimal edilən kəndin 17 yaşlı sakini Anar Əmirov kanalda batıb.

A.Əmirovun axtarışına FHN-nin Aran Dalğıc Axtarış qrupu cəlb olunub.

Hazırda onun meyitinin kanaldan çıxarılması üçün axtarışlar davam etdirilir.

Chosen
1
17
operativmm.az

10Sources