AZ

Şirvan kanalında batan vətəndaşın meyidi tapılıb - YENİLƏNİB

Şirvan kanalının Hacıqabul rayonunun Qarasu kəndindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən dərhal axtarışlara başlanılıb. FHN-in İctimaiyyətlə əlaqə idarəsindən SİA-ya verilən məlumata görə, axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Süleyman Xanəhməd oğlu Salahovun meyidi suda tapılıb və çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Seçilən
2
50
sia.az

10Mənbələr