Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində batan 91 yaşlı kişinin meyiti tapılıb.
Bu barədə BAKU.WS-ə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, sözügedən ərazidə 1 nəfərin batması barədə daxil olan məlumat əsasında FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən axtarışlara başlanılıb.
Axtarışlar nəticəsində kanalda batmış 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlunun meyiti suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
***13:22
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şirvan kanalının Hacıqabul rayonu, Qarasu kəndindən keçən hissəsində və Qarabağ suvarma kanalının Ağcabədi rayonu, Salmanbəyli kəndindən keçən hissəsində vətəndaşların batması barədə məlumatlar daxil olub.
FHN-in Mətbuat xidmətindən BAKU.WS-ə verilən xəbərə görə, məlumatlarla əlaqədar dərhal hadisə yerinə FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupları cəlb edilib.
Hazırda batdığı ehtimal olunan müvafiq olaraq 1934-cü il təvəllüdlü Salahov Süleyman Xanəhməd oğlu və 2008-ci il təvəllüdlü Əmirov Anar Rəşad oğlunun axtarışları FHN-in qüvvələri tərəfindən davam etdirilir.
Əlavə məlumat veriləcək.