Region Liqasının son qalibi "Xankəndi" səkkiz futbolçu ilə yolları ayırıb.
Moderator.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Anar Babayev, Rəşad Həmidov, Coşqun Qorçiyev, Ziya Məmmədli, Murad Rəhimli, Ruzigar İbrahimzadə, Bayram Əliyev və Elariz Xəlilli II Liqaya vəsiqə qazanan komandadan gediblər.
Bildirilir ki, bu futbolçularla müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilib.