"Sabah" klubunda ayrılıq yaşanıb. 

Offsideplus.az xəbər verir ki, Masazır təmsilçisi müdafiəçi Sofian Çakla ilə yollarını ayırıb. Mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib. 

Qeyd edək ki, Çakla 2023-cü ildən “Sabah”ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.