AZ

"Sabah"da növbəti ayrılıq

"Sabah" klubu müdafiəçi Sofian Çakla yollarını ayırıb.

Publika.az xəbər verir ki, 32 yaşlı mərakeşli futbolçunun mövsümün sonunda başa çatan müqaviləsi yenilənməyib.

Çakla 2023-cü ildən "Sabah"ın uğurları üçün çalışırdı. O, bu müddətdə keçirdiyi 71 oyunda 5 qol vurub.

Qeyd edək ki, paytax klubu daha əvvəl Şakir Seyidov, Con İrasabal, Namik Ələskərov və Vensan Till ilə yollarını ayırıb.

Seçilən
11
3
publika.az

10Mənbələr