"Çelsi"nin sabiq futbolçusu Çarli Musonda peşəkar karyerasını başa vurub.
Offsideplus.az xəbər verir ki, o, 28 yaşında "butslarını mismardan asmağa" qərar verib.
Musonda 2012-ci ildə "Çelsi"yə transfer olub. O, London klubunun heyətində cəmi 7 oyuna çıxıb.
Onun son klubu "Anortosis" olub.