EN

KİV: Kiyevdə yeni kazino açan şəxs Rusiya kəşfiyyat rəhbəri Narişkinə bağlıdır

Qaynarinfo saytına istinadən ain.az xəbər verir.

Kiyevin mərkəzində yerləşən "Premier Palas" otelində açılması planlaşdırılan kazino ilə bağlı diqqətçəkən məlumatlar üzə çıxıb. Məlum olub ki, layihənin arxasında dayanan bolqarıstanlı iş adamı Rusiya xüsusi xidmət orqanları ilə əlaqəlidir. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Telegraf" nəşrində dərc olunmuş araşdırmada qeyd olunub.

Məlumata görə, "GPP Premier Palas" şirkətinin sahibi Georgi Papazki və onunla əlaqəli iş adamı Mixaylo Sevdiyev 2024-2025-ci illərdə oteldə qumar fəaliyyəti ilə məşğul olacaq iki şirkət qeydiyyatdan keçiriblər. Hər iki şəxs eyni zamanda Bolqarıstanda "Pate Play Ltd." adlı oyun proqram təminatı hazırlayan şirkətin ortaqlarıdır.

Araşdırma müəllifləri bildirirlər ki, Papazki Bolqarıstanın ən nüfuzlu qumar operatorlarından biri olmaqla yanaşı, ABŞ tərəfindən sanksiyaya məruz qalmış qalmaqallı iş adamı Vasil Bojkovun tərəfdaşıdır. Bojkov bu sanksiyalara "Bolqarıstan hakimiyyətinə Rusiya təsir kanalları yaratmağa cəhd göstərdiyinə görə" məruz qalıb.

Bolqarıstan KİV-lərinə istinadən yayımlanan məlumatda qeyd olunur ki, Bojkova BƏƏ-dən ekstradisiyadan şəxsən Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narişkin kömək edib. Həmin hadisədən sonra Bolqarıstandalı Rusiyameylli MEÇ Partiyasının maliyyələşdirilməsi Papazkinin nəzarətinə keçib. Jurnalistlərin iddiasına görə, o, Rusiya mənşəli pulların qumar biznesi vasitəsilə yuyulmasında iştirak edə bilər.

Bundan başqa, Papazkinin adı 1990-cı illərdə Bolqarıstanda sifarişli qətl işi üzrə cinayət təqibində hallanıb. Onun qardaşı Valter Papazki həmin iş üzrə məhkum olunub, Georginin isə uzun müddət "İnterpol" tərəfindən axtarıldığı bildirilir.

Qeyd edək ki, "Premier Palas" oteli hazırda məhkəmə araşdırmasının obyektidir. Ukrayna Ədliyyə Nazirliyi bu obyektin sanksiyaya məruz qalmış Rusiya iş adamları - Oleksandr Babakov, Yevgeni Giner və Mixaylo Voyevodinə məxsus aktiv kimi müsadirə edilməsinə çalışır.

Bundan əlavə, ölkədə qumar sektorunun tənzimlənməsi sahəsində islahatlar çərçivəsində KRAİL-in əvəzində yeni "PlayCity" agentliyinin yaradılması səbəbilə lisenziya verilməsi müvəqqəti olaraq dayandırılıb. Lakin Papazki və Sevdiev bu lisenziyaları almaq üçün fəal cəhdlər göstərirlər.

Aydın

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
8
50
qaynarinfo.az

10Sources