AZ

Xamneyinin erməni sevgisi: “”Dini lider” məscidlərin işğalçılardan azad etməsini istəmirdi”- ÖZƏL

"İsraillə 12 günlük müharibə islam dünyasında İranın ali rəhbəri, dini lider Seyidəli Xamneyinin nüfuzuna öldürücü zərbə oldu. Sözdə təqvalı, qəzavü qədərə inanclı mənəvi lider olan Xamneyi faktiki olaraq ölümdən qorxub gizləndi. Adam hələ də qorxusundan gizləndiyi bunkerdən çıxmaq istəmir. ABŞ prezidenti Donald Trampın onun barəsində dedikləri isə əsl biabırçılıqdır. Bundan sonra ən yaxşı variant  Seyidəli Xamneyinin öz postundan urvatlı getməsidir".
 Bu sözləri Olaylar.az-a açıqlamasında Güney  Azərbaycan üzrə araşdırmaçı jurnalist Elman Cəfərli deyib. Onun sözlərinə görə, İsraillə hərbi toqquşma zamanı İran rəhbərliyinin, xüsusilə Xamneyinin qorxaq davranışı onun Güney Azərbaycanda olan nüfuzunu da yerləbir edib.
"Quzey Azərbaycan dindarları üçün Xamneyinin iç üzü 44 günlük müharibə zamanı açılmışdı. İran rəhbəri Azərbaycan müsəlmanlarını öz torpaqlarını, təhqir edilmiş məscidlərini erməni işğalçılarından azad etməsini istəmirdi. Hətta buna mane olurdu. Müzəffər Azərbaycan ordusu  Araz sahilində İran qoşunlarının müqaviməti ilə üzləşmiş, əsgərlərimiz Xamneyinin əmri ilə şəhid edilmişdi. Qardaş Türkiyə, Pakistan, Səudiyyə, Əfqanıstan kimi   islam dövlətləri haqq işimizi dəstəkləsə də,  şiə İran işğalçı qriorian ermənilərin tərəfini tutdu. İran Azərbaycan üçün həyati əhəmiyyətli Zəngəzur dəhlizinin açıımasına belə mane olur. Bütün bunlar Xamneyinin əslində islam dünyasında necə bölücü bir lider olduğunu göstərir"-deyə, o, bildirib.
Elman Cəfərlinin fikrincə, Xamneyinin qeyri-azərbaycanlı olması ilə bağlı deyilənlər sübut olunur: "Güney və Quzey Azərbaycanda yanlış inanc var ki,  Xamneyi guya azərbaycanlıdır. Xeyr, o, azərbaycanlı deyil. Rəsmi tərcümeyi-halında onun dördüncü babasının İraqdan gəlmə olduğu, özünün Məşhəddə doğulduğu bildirilir. Ailəsi o uşaq olarkən Təbrizə köçüb, türk dilini də bu zaman öyrənib. Bu gün də Xamneyi təmiz türk dilində danışmır. Pozuk türkcədə danışması onun milli mənsubiyyəti haqqında yalanları ələ verir. Xamneyinin ata tərəfinim ərəb və ya fars olması dəqiqdir. Bəzi bilgilərə görə Xamneyinin ana tərəfinin qriqorianlara bağlı iddia olunur. Görünür, Xamneyinin hakimiyyətdə olduğu 36 il ərzində İranda 150 minlik erməni toplumuna, işğalçı Ermənistana göstərdiyi qayğı təsadüf deyil".

İbrahim  Məmmədli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
31
32
olaylar.az

10Mənbələr