EN

Ağdamda İƏT Gənclər Forumu çərçivəsində gənclərlə əlaqədar strategiyalarının inkişafa töhfəsi müzakirə olunub

Ağdamda İqtisadi Əməkdaşlıq Təşkilatının “Davamlı və İqlimə Dayanıqlı Gələcəyin qurulması üçün gənclərin rolunun artırılması” mövzusuna həsr olunmuş Gənclər Forumu çərçivəsində “Ölkə Müdaxilələri: Gənclər sahəsində milli strategiyalarının davamlı inkişafa töhfəsinin qiymətləndirilməsi üzrə Milli Perspektivlər” adlı sessiya keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən Pakistan İslam Respublikası Baş nazirinin Gənclər Proqramının sədri Rana Mashhood Əhməd Xan bildirib ki, İƏT zonasında daha çox inteqrasiya olunmuş məkanın formalaşdırılmasının tərəfdarıdırlar.

İƏT ölkələrinin inkişafında gənclərin rolunun önəmini vurğulayan Türkiyənin İƏT-də gənclər üzrə nümayəndəsi Mustafa Beydilli torpaqlarının işğaldan edilməsi münasibəti ilə Azərbaycan xalqını təbrik edib: “İki dövlət, bir millət” deyərək yolumuza davam edirik”.

Tədbirdə videokonfrans formatında qoşulan D-8 Baş katibi İsiaka Abdulqadir İmam İƏT Gənclər Forumunun keçirilməsini yüksək qiymətləndirib. İsiaka Abdulqadir İmam qeyd edib ki, gənclərin gələcəkdə lider kimi önəmini qəbul edirlər: “D-8 dazilində tələbə mübadiləsi proqramları ilə bağlı qərar qəbul olunub və gələn ildən tələbə mübadiləsinin həyata keçirilməsinə başlayacağıq. Biz Azərbaycana da davamlı dəstək verəcəyik”.

Qazaxıstan Respublikası Mədəniyyət və İnformasiya Nazirliyinin Gənclər və ailə məsələləri komitəsinin şöbə müdiri Kutanova Almagul Forumun yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib. Kutanova Almagul Qazaxıstanda həyata keçirilən gənclər siyasəti barədə ətraflı məlumat verib.

Tacikistan Respublikası, Suqd vilayətinin Gənclər və İdman İdarəsinin rəisi İsmatzoda Baxtiyor ölkələrində əhalinin 70 faizinin gənclər olduğunu, ölkədə orta yaş göstəricisinin 22,5 yaş olduğunu nəzərə çatdırıb: “Elə bir cəmiyyət qurmağa çalışırıq ki, gənclər dövlətçiliyə xidmət etsin. Gənclər öz tarixlərini, mədəniyyətlərini bilməli, yalan və həqiqətləri bir-birindən ayırmağı bacarmaldırlar”.

Özbəkistan Respublikası Dünya Gənclər Ofisinin rəhbəri Kamilov Jasurbek nəzərə çatdırıb ki, ölkə əhalisinin 65 faizidir: Gənclər ölkənin tək gələcəyi deyil, həm də bu günüdür. Gənclərin dövlətdə qərarların qəbulunda iştirakı təmin edilir. COP29-da qəbul edilən qərarlar bizim fəaliyyətimizə də böyük dəstək oldu. Əminəm ki, bu Forum səylərin birləşdirilməsində, dialoqun genişlənməsində mühüm rol oynayacaq"

Məqtimqulu adına Türkmənistan Gənclər Təşkilatının Aşqabad şəhəri Berkararlık rayon şurasının sədri Yakubov İsmayıl bildirib ki, ölkəsi pozitiv neytrallıq mövqeyindən çıxış edir: "Bu, bizim uğurlu inkişafımızı, bütün tərəflərlə qarşılıqlı faydalı münasibətlər qurmasını təmin edir. Türkmənistanın son 30 ildə neytrallığı göstərib ki, bu, BMT-nın əsas prinsipinə çevrilə bilər. Biz 2025-ci ilin Sülh və etimad ili elan edilməsi təşəbbüsü ilə çıxış edib. Türkmənistan hesab edir ki, sülhün qorunması bütün tərəflərin, fərdlərin səylərini tələb edir. Biz sülhün qorunması üçün BMT-nın imkanlarından istifadəni zəruri sayır ".

O qeyd edib ki, Türkmənistanın gənclər siyasəti gənclərin vətənpərvər ruhda yetişdirilməsi, intellektual potensiallarını artırılmasına yönəlib.

Bununla da sessiya başa çatıb.

Chosen
8
50
apa.az

10Sources