EN

Göyə atılan güllər : İranın Trampla Netanyahunu öldürməyə gücü yoxdur

ain.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bir sıra şiə aliminin hökmünə görə, İran rəhbərini ölümlə hədələdikləri üçün Donald Tramp və Benyamin Neyaniyahunun öldürülməsi vacibdir.

Bunu İran rəhbəri Əli Xameneinin ofisinin sözçüsü Əlirza Pənahian deyib.

Qeyd edək ki, bir neçə gün əvvəl radikal şiə din xadimləri olan Nasir Məkarem Şirazi və Hüseyn Nuri Həmədani ABŞ Prezidenti Donald Tramp və İsrailin Baş naziri Benyamin Netaniyahunun öldürülməsi barədə dini hökm veriblər.

Politoloq Əhəd Məmmədli Sherg.az-a söyləyib ki, İranda Trampın və Netanyahunun ölüm hökmünü vermək üçün o güc, cəsarət, imkanların olması ciddi sual doğurur: 

"Aydındır ki, bu cür bəyanatlar daha çox daxili auditoriyaya ünvanlanmış şoudur. Avam kütlə isə bunlara inanır. Bəziləri bu tip açıqlamaları "göyə atılan güllər" adlandırır. Əgər onlar deyirsə ki, "biz Xameneini öldürəcəyik", biz də eyni qaydada cavab verə bilərik – dini hökm səviyyəsində. Ancaq burada fərq ondadır ki, onlar – yəni ABŞ və İsrail bunu gerçəkdən edə bilərlər. Çünki onların texniki, kəşfiyyat və hərbi imkanları buna qadirdir. Xameneini son 12 günlük qarşıdurma dövründə görən oldumu? Bəlkə də bunkerində, gizləndiyi yerdə idi. Halbuki ABŞ və İsrail indiyə qədər neçə İran generalını, o cümlədən HƏMAS liderlərini Tehranın içində sıradan çıxarıb. Amma İran indiyə qədər nəinki bir İsrail generalını, heç bir polkovnikini, mayorunu, hətta kapitanını belə öldürə bilməyib. Bu gün isə çıxıb hansısa dini lider, mollalar, ayətollar Tramp və Netanyahunun ölüm hökmünü verirlər. Mən nə Trampın, nə də Netanyahunun tərəfdarıyam, onlara simpatiya da duymuram. Mənim üçün fərqi yoxdur – ilan ağ da olsa, qara da olsa, eyni şeydir. Amma biz reallıqdan danışmalıyıq".

Politoloq qeyd edib ki, ölkələrin hərbi, texnoloji gücü, onların kəşfiyyat imkanları ortadadır:

"İsrailin kəşfiyyatı və hərbi gücü faktlarla sübut olunub. İran isə bu dəfə cavab verməyə çalışdı, amma İsrail ona nöqtə zərbələri endirdi. İran isə bu zərbələrə sadəcə simvolik, sönük şəkildə reaksiya verdi. Netanyahu və Trampın öldürülməsi çox ciddi məsələdir. Bunu yalnız dini fətva ilə başlatmaq olar, amma onun davamını gətirmək üçün real imkan və iradə lazımdır. Bu isə hazırda İranda görünmür. Hələlik sadəcə fətvalar səsləndirməkdən o tərəfə keçilmir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
50
sherg.az

10Sources