EN

Ödənişli yolda avtomobil aşdı - Fotolar

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” Shimal.news-a istinadən xəbər verir ki, xanım sürücünün idarə etdiyi “Changan” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəysə, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Chosen
9
28
qafqazinfo.az

10Sources