AZ

Ödənişli yolda avtomobil aşdı - FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Day.Az Shimal.news-a istinadən xəbər verir ki, xanım sürücünün idarə etdiyi "Changan" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəysə, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

  • Ödənişli
  • Ödənişli
  • Ödənişli
  • Ödənişli
Seçilən
3
50
day.az

10Mənbələr