AZ

Qadın sürücü ödənişli yolda avtomobili aşırdı – FOTO

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolunun Xaçmaz rayonu ərazisindən keçən hissəsində yol nəqliyyat hadisəsi baş verib.

Bizim.Media shimal.news-a istinadən xəbər verir ki, xanım sürücünün idarə etdiyi “Changan” markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq aşıb.

Hadisə zamanı avtomobilə ciddi ziyan dəysə, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.




Bizim.Media

Seçilən
3
50
bizim.media

10Mənbələr