Con Duran transferini bitirməyə yaxın olan "Fənərbağça" daha bir futbolçu ilə maraqlanır.

Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" PSJ-nin futbolçusu Marko Asensionu heyətinə qatmaq istəyir. İstanbul klubunun baş məşqçisi Joze Mourinyo ispaniyalı vingerlə şəxsən özü danışıb.

Bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.

Asensio 2023-cü ildən PSJ-nin futbolçusudur. Onun klubla müqaviləsi gələn ilin yayında başa çatır.

İspaniyalı başa çatan mövsümün ikinci yarısını icarə əsasında "Aston Villa"da keçirib. O, burada 21 oyunda 8 qol vurmağı bacarıb.