Bakivaxti saytından verilən məlumata görə, ain.az xəbər verir.
Yeddilik Qrupunun (G7) xarici işlər nazirləri İranın nüvə proqramı ilə bağlı hərtərəfli, yoxlanıla bilən və qalıcı razılaşma əldə etmək üçün danışıqları bərpa etməyə çağırıblar.
Bakıvaxtı.az "Euronews"a istinadən xəbər verir ki, bununla bağlı G7-nin xarici işlər nazirləri birgə bəyanat yayıblar.
Bəyanata əsasən, nazirlər İranı mühafizə öhdəliklərinə uyğun olaraq Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə tam əməkdaşlığı təcili şəkildə bərpa etməyə və MAQATE müfəttişlərinə çıxış imkanı vermək də daxil olmaqla, İrandakı bütün nüvə materialları haqqında yoxlanıla bilən məlumatı MAQATE-yə təqdim etməyə çağırıblar.
"Biz qlobal nüvə silahının yayılmaması rejiminin təməl daşı kimi Nüvə Silahının Yayılmaması Müqaviləsinin mərkəzi əhəmiyyətini vurğulayırıq. İranın Müqavilə üzrə tərəf kimi qalması və öz öhdəliklərini tam yerinə yetirməsi vacibdir", - bəyanatda vurğulanıb.
Gülşən Şərif
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.