AZ

Böyük Dəbilqə təxirə salınıb

Idman.biz portalından alınan məlumata görə, ain.az xəbər verir.

Beynəlxalq Cüdo Federasiyası (IJF) ilin ikinci yarısı üçün təqvimində bəzi dəyişikliklər edib.

İdman.biz xəbər verir ki, Abu Dabidə oktyabrda keçirilməsi planlaşdırılan "Böyük Dəbilqə" turniri noyabr ayına təxirə salınıb.

Bu, oktyabrda Lima (10-12-də) və Qvadalaxarada (17-19-da) iki yeni Qran Prinin keçirilməsi ilə əlaqədardır.

Beləliklə, BƏƏ-də "Böyük Dəbilqə" yarışı noyabrın 27-29-da baş tutacaq.

Qeyd edək ki, ötən il Abu Dabidə keçirilən turnirdə Azərbaycan komandası bir qızıl, bir gümüş və iki bürünc medal qazanıb.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
7
icma.az

10Mənbələr