EN

Baş katib: Azərbaycan İƏT-in işinə mühüm töhfələr verir

Ağdam, 1 iyul, AZƏRTAC

Azərbaycan hökumətinə və xalqına möhtəşəm qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Katibliyi adından təşəkkürümüzü bildiririk.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə İƏT-in Baş katibi Əsəd Məcid Xan Ağdamda İƏT Həftəsi çərçivəsində keçirilən İƏT-in Gənclər Forumunda deyib.

Onun sözlərinə görə, Azərbaycan İƏT-in işinə mühüm töhfələr verir, regionda inkişafı və firavanlığı təşviq edir. Forumun Qarabağ regionunda keçirilməsi isə böyük əhəmiyyət kəsb edir. “Həftə çərçivəsində mühüm tədbirlər keçiriləcək, strateji sənəd qəbul ediləcək. İƏT-ə üzv ölkələrin liderləri bir araya gələrək regionla bağlı fikirlərini bölüşəcəklər”, - deyə Baş katib vurğulayıb.

Chosen
28
50
azertag.az

10Sources