AZ

Bakıda D-8 Gənclər forumunun keçirilməsi planlaşdırılır

Bakıda iyul ayında D-8 Gənclər forumunun keçirilməsi planlaşdırılır.

Day.Az xəbər verir ki, bunu bu barədə D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Əbdülqədir İmam Ağdamda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Ağdamda keçirilən "Dayanıqlı və iqlimə davamlı gələcəyin qurulmasında gənclərin rolunun gücləndirilməsi" mövzusunda Gənclər Forumunda etdiyi videomüraciətdə bildirib.

"D-8 təşkilatı gənclərin səlahiyyətlərinin artırılmasına və iqlim gündəliyinin inteqrasiyası istiqamətindəki səylərə böyük önəm verir. Azərbaycan 2024-cü ilin dekabrında Qahirədə keçirilmiş təşkilatın XI Sammiti zamanı bizim təşkilatın doqquzuncu üzvü oldu. Həmin vaxtdan etibarən ölkə D-8-in fəaliyyətinə böyük maraq göstərir və əhəmiyyətli töhfələr verir. Xüsusilə Azərbaycan 2025-ci ilin iyul ayında D-8 Gənclər Forumunu Bakıda keçirməyə hazır olduğunu bildirib", - deyə o qeyd edib.

O vurğulayıb ki, gənclərin səlahiyyətlərinin artırılması D-8-in əməkdaşlıq gündəliyinin mühüm hissəsidir.

Onun sözlərinə görə, D-8 Azərbaycan və digər üzv dövlətlərin dəstəyinə, habelə tərəfdaşlarla və beynəlxalq təşkilatlarla, o cümlədən, İƏT-lə əməkdaşlığa ümid edir ki, bu da gənc nəslin potensialının üzə çıxarılmasına töhfə verən proqramların həyata keçirilməsinə xidmət edəcək.

Seçilən
23
50
day.az

10Mənbələr