EN

“Aston Villa” 5 futbolçusu ilə yollarını ayırdı

İngiltərə Premyer Liqasının təmsilçisi, Birmingem klubu “Aston Villa” beş futbolçu ilə yollarını ayırdığını bəyan edib.

Arena.az bu barədə İngiltərə klubunun rəsmi saytına istinadən məlumat verir.

35 yaşlı isveçli qapıçı Robin Olsen azad agent qismində “Malmö”yə keçib.

29 yaşlı ingiltərəli mərkəz müdafiəçisi Kortni Hoz da azad agent qismində “şirlər”dən ayrılıb və hazırda yeni klub axtarışındadır.

İcarə müqavilələri başa çatmış futbolçular – 27 yaşlı fransalı mərkəz müdafiəçisi Aksel Disasi, 29 yaşlı ispan hücumameylli yarımmüdafiəçi Marko Asensio, 27 yaşlı ingiltərəli sol cinah hücumçusu Markus Raşford isə müvafiq olaraq “Çelsi”, PSJ və “Mançester Yunayted”ə qayıdıblar.

Xatırladaq ki, “Aston Villa” İngiltərə Premyer Liqasında 2024/2025-ci illər mövsümündə 6-cı pillədə başa vurub və növbəti mövsümün Avropa Liqasında çıxış edəcək.

Chosen
11
2
arena.az

10Sources