AzÉ™rbaycan Respublikası Milli MÉ™clisi ilÉ™ ÖzbÉ™kistan Respublikası Ali MÉ™clisi Senatı arasında “ParlamentlÉ™rarası É™mÉ™kdaÅŸlığın inkiÅŸafına dair 2025-2026-cı illÉ™r üçün praktiki tÉ™dbirlÉ™r planı” ("Yol xÉ™ritÉ™si") imzalanıb.
Moderator.az xəbər verir ki, Özbəkistanın Xivə şəhərində Birinci Özbəkistan-Azərbaycan Parlamentlərarası Forumu çərçivəsində baş tutan imzalanma mərasimində sənədi Azərbaycan tərəfdən Milli Məclisin sədri Sahibə Qafarova, Özbəkistan tərəfdən isə Özbəkistan Ali Məclisi Senatının sədri Tənzilə Narbayeva imzalayıblar.
İmzalanma mərasimində qeyd olunub ki, bu sənəd iki ölkənin qanunverici orqanları arasında əməkdaşlıq əlaqələrinin həyata keçiriləcək praktiki tədbirlər sayəsində daha da genişləndirilməsinə xidmət edir.
Qeyd edək ki, mərasimdə tərəflər həmçinin Azərbaycan Respublikası Milli Məclisi ilə Özbəkistan Respublikası Ali Məclisinin Parlamentlərarası əməkdaşlıq komissiyasının Reqlamentini də imzalayıblar.