EN

TANAP 2024-cü ildə istixana qaz emissiyalarını azaldıb

Bakı. Trend:

TANAP (Trans-Anadolu Qaz Kəməri) layihəsinin istismarıçərçivəsində 2024-cü ildə illik istixana qazları emissiyalarınınümumi həcmi 336 800,85 ton CO2-ekvivalentində olub.

Bu barədə Trendagentliyi TANAP konsorsiumunun məlumatlarına istinadən xəbərverir.

Hesabatda qeyd olunur ki, bu göstərici 2023-cü illə müqayisədə4,97% azdır. Həmin ildə emissiyaların həcmi 354 408,91 tonCO2-ekvivalentə bərabər olmuşdu. Bundan əlavə, 2024-cü ildəistixana qazı emissiyalarının intensivliyi (yəni nəql olunan təbiiqazın hər vahidi üzrə emissiya həcmi) də ötən illə müqayisədə 6,45%azalıb. Həmçinin, nəql olunan qazın hər vahidi üzrə metanemissiyalarında da əhəmiyyətli azalma qeydə alınıb – bu göstərici2023-cü illə müqayisədə 35,68% azalıb.

Hesabatda qeyd olunur ki, bu göstərici 2023-cü illə müqayisədə4,97% azdır. Həmin ildə emissiyaların həcmi 354 408,91 tonCO2-ekvivalentə bərabər olmuşdu. Bundan əlavə, 2024-cü ildəistixana qazı emissiyalarının intensivliyi (yəni nəql olunan təbiiqazın hər vahidi üzrə emissiya həcmi) də ötən illə müqayisədə 6,45%azalıb. Eyni zamanda, nəql olunan qazın hər vahidi üzrə metanemissiyalarında da əhəmiyyətli azalma qeydə alınıb – bu göstərici2023-cü illə müqayisədə 35,68% azalıb.

TANAP layihəsinin 2024-cü il üzrə emissiya strukturu əsasındaəsas emissiya mənbəyinin sabit yanacağın yandırılması olduğumüəyyən edilib – bu kateqoriya ümumi emissiyaların 84,92%-ni təşkiledir. Növbəti yerdə ventilyasiya emissiyaları gəlir – 8,81%,elektrik enerjisinin istehlakı ilə bağlı emissiyalar isə ümumigöstəricinin 4,50%-nə bərabərdir.

Qeyd edək ki, TANAP Azərbaycanın "Şahdəniz" yatağının ikincimərhələsi çərçivəsində hasil edilən qazı Gürcüstan-Türkiyəsərhədindən Türkiyənin qərb sərhədinə nəql edir. TANAP-ın ümumidəyəri yeddi milyard dollardan azdır.

TANAP-ın ilkin ötürmə gücü ildə 16 milyard kubmetr qaz təşkiledir və gələcəkdə bu həcmin 31 milyard kubmetrə qədər artırılmasımümkündür. Bu qazın təxminən 6 milyard kubmetri Türkiyəyə, qalanhissəsi isə Avropaya çatdırılır.

TANAP qaz kəmərinin Türkiyə ərazisində doldurulmasına 2018-ciilin yanvar ayının sonunda başlanılıb.

TANAP-ın istismara verilməsi mərasimi 12 iyun 2018-ci ildəTürkiyənin Eskışəhər şəhərində keçirilib. Türkiyəyə ilk kommersiyaqaz tədarükü 30 iyun 2018-ci ildə başlanıb. TANAP-ın Avropa iləbirləşməsinin açılış mərasimi 30 noyabr 2019-cu ildə Türkiyəninİpsala (Edirnə vilayəti) şəhərində baş tutub.

Genişləndirmə üçün ötürmə gücünün ildə 24 milyard kubmetrəçatdırılması məqsədilə bir neçə əlavə kompressor stansiyasınınquraşdırılması tələb olunur. Gücün 31 milyard kubmetrə çatdırılmasıüçün ümumilikdə yeddi kompressor stansiyası lazım olacaqdır.

Hazırda Trans-Anadolu qaz kəməri vasitəsilə hidrogen qarışığınınnəqli imkanları araşdırılır. Texniki baxımdan TANAP vasitəsilə nəqledilən təbii qazın tərkibində hidrogenin payı 2 faiz səviyyəsindəola bilər.

TANAP sisteminin hesablanmış istismar müddəti 2062-ci ilə qədərdavam edəcək.

Məqalədə:
Chosen
12
13
az.trend.az

10Sources