BAKI, 1 iyul. TELEQRAF
ABŞ Rusiyanın İT şirkəti "Aeza Group" və onun rəhbərliyinə qarşı sanksiyalar tətbiq edib.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Birləşmiş Ştatlar "Aeza Group" və onun dörd idarəçi nümayəndəsinə qarşı sanksiyalar tətbiq etmək qərarına gəlib.
Məhdudiyyətlərin İT şirkətinin ABŞ-da və dünyanın digər yerlərindəkibercinayətkarlıq fəaliyyətini dəstəkləmək üçün hostinq xidmətləri təqdim etdiyi səbəbi ilə qoyulduğu bildirilir.