Belarusda təlim-məşq toplanışında olan qadın futbolçulardan ibarət millimiz bu gün ikinci yoldaşlıq görüşünü keçirib.
"Football-plus.az" xəbər verir ki, komanda Belarus yığması ilə qarşılşıb. Minskdəki “Traktor” stadionunda təşkil olunan matçı rusiyalı baş hakim Vera Opeykina idarə edib.
Oyunda yığmamız 0:2 hesabı ilə uduzub.
Xatırladaq ki, komandalar arasında iyunun 28-də keçirilən ilk matçda Belarus yığması 3:0 hesablı qələbə qazanıb.