16 yaşadək qız basketbolçulardan ibarət millimiz Qazaxıstanın Atırau şəhərində keçirilmiş "Airom Cup" beynəlxalq turnirində çempion olub.
"Football-plus.az" xəbər verir ki, komandamız yarışın son günü iki oyun keçirib
U-16 Qazaxıstan "Barsy Atırau"suna 68:32, Rusiya "MBU Volqoqrad"ına 58:47 hesabı ilə qalib gəlib.
Beləliklə, yarışda ardıcıl 6 görüşü qələbə ilə başa vuran basketbolçularımız turniri birinci yerdə bitirib.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta