EN

BMT Rusiya Azərbaycan münasibətlərindəki gərginliyə reaksiya verdi

ain.az, News24 portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Birləşmiş Millətlər Təşkilatı (BMT) Rusiya və Azərbaycan arasında gərginliyin artmasından xəbərdardır və iki ölkə arasında diplomatik həll yolunun tapılmasını dəstəkləyir.

News24.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə brifinq zamanı BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik bildirib.

"Biz Azərbaycan və Rusiya Federasiyası arasında hər iki ölkədə insidentlərlə müşayiət olunan artan gərginlikdən xəbərdarıq. Ümid edirik ki, hər şey diplomatik kanallar vasitəsilə həll olunacaq", - o bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
23
50
news24.az

10Sources