EN

21 yaşlı britaniyalı qadın üç rekordu birdən qırdı

BAKI, 2 iyul. TELEQRAF

Böyük Britaniyadan olan Zara Laçlan adlı qadın Atlantik okeanı vasitəsi ilə qayıqla Avropadan Cənubi Amerikaya keçən tarixinən gənc insanı olub.

Teleqraf xəbər verir ki, o, əldə etdiyi nailiyyətlərə görə üç kateqoriya üzrə Ginnesin Rekordlar Kitabına düşüb.

21 yaşlı idmançı səyahətinə Portuqaliyanın Laqos şəhərində başlayıb və Fransa Qvianasının paytaxtı Kayenne şəhərində 97 gün 10 saat 20 dəqiqə sonra başa vurub. Bu müddət ərzində o, Atlantik okeanı boyunca 7000 kilometrdən çox məsafə qət edib.

Laçlan Atlantik Okeanını bir qitədən digərinə qayıqla keçən ilk qadın, tək qayıqla okeanı keçən ən gənc qadın və təkbaşına keçən ən gənc qadın olub.

Keçid zamanı Zara gündə ən azı 17 saat avar çəkib və 90 dəqiqədən çox olmayan qısa fasilələrlə yatıb. Sərt şərtlərə baxmayaraq, o, səyahətin daha çətin olacağını gözlədiyini etiraf etdi.

Chosen
33
40
teleqraf.com

10Sources