UPI-nin yaydığı məlumata görə, britaniyalı Zara Laklan tarixin Avropadan Cənubi Amerikaya təkbaşına qayıqla üzən ən gənc insanı olub.
Bizim.Media xəbər verir ki, o, Atlantik okeanında 7000 km məsafə qət edərək bir anda Guinness Rekordlar Kitabına üç nominasiyada düşüb.
21 yaşlı Zara öz səyahətinə Portuqaliyanın Laqos şəhərindən başlayıb və 97 gün, 10 saat və 20 dəqiqəyə Fransız Qvianasının paytaxtı Kayennaya çatıb.
O, bu nailiyyətlə Avropadan Cənubi Amerikaya qayıqla keçən ilk qadın, belə səfəri təkbaşına həyata keçirən ən gənc idmançı və ümumilikdə ən gənc insan kimi üç dünya rekorduna sahib olub.
Səyahət zamanı Zara hər gün ən azı 17 saat qayıq çəkib, yuxunu isə maksimum 90 dəqiqəlik fasilələrlə alıb. Çətin şərtlərə baxmayaraq, o, gözlədiyindən daha az qorxu yaşadığını bildirib:
“Bu, hamı üçün deyil, amma mən gəncəm və bilirəm ki, az yatmağa tab gətirə bilirəm,” – deyə Zara təəssüratlarını bölüşüb.
Bizim.Media