İstanbulun Saraçxane meydanında müxalifət lideri Özgür Özəlin rəhbərliyi ilə keçirilən mitinqdə polis ilə etirazçılar arasında toqquşmalar baş verib. Aksiya İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan meri Əkrəm İmamoğlunun saxlanmasından 100 gün ötməsinə həsr olunub.
Özəl mitinqdə bildirib ki, Cümhuriyyət Xalq Partiyası (CHP) İmamoğlunun prezidentliyə namizədliyi üçün 20 milyondan çox imza toplayıb.
O, martın 19-da tələbələrin və vətəndaşların barikadaları aşaraq CHP-yə və bələdiyyəyə qəyyum təyin edilməsinin qarşısını aldıqlarını xatırladıb.
Mitinqdən sonra etirazçılar Bozdoğan su kəmərinə yürüş etməyə cəhd göstəriblər.
Polis gözyaşardıcı qazla müdaxilə edib. Toqquşmalar zamanı bir neçə nəfər, o cümlədən “Cumhuriyet” qəzetinin jurnalistləri İrem Karataş və Engin Deniz İpek saxlanılıb.
N.Təbrizli