Bakı. Trend:
May-İyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili vəTəxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsiilə 16 nəfər müraciət edib.
Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzinmətbuat katibi Ruzbeh Məmməd məlumat verib.
O bildirib ki, onların hər birinə zəruri tibbi yardım göstərilibvə ambulator müalicə üçün evə buraxılıblar.
"Ölüm halı qeydə alınmayıb", - deyə əlavə edib.