AZ

Son iki ayda 16 nəfər qarpızdan zəhərlənib

May-iyun ayları ərzində Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.

Ölkə.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq KTM-in mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

Onun sözlərinə görə, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

R.Məmməd həmçinin bildirib ki, ölüm halı qeydə alınmayıb.

Seçilən
2
21
olke.az

10Mənbələr