AZ

Son iki ayda qarpızdan 16 nəfər zəhərlənib

May-İyun ayları ərzində Kliniki Tibbi Mərkəzin Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə qarpızdan zəhərlənmə şübhəsi ilə 16 nəfər müraciət edib.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, onların hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıblar.

“Ölüm halı qeydə alınmayıb”, – deyə əlavə edib.

AzPost.az

Seçilən
10
21
azpost.info

10Mənbələr