EN

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasındakı rəqibi qapıçı transfer edib

"Araz-Naxçıvan"ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi "Aris" (Yunanıstan) heyətini yeni qapıçı ilə gücləndirib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, xorvatiyalı Lovro Maykiçlə üç illik müqavilə imzalanıb.

26 yaşlı qolkiper ölkəsinin "İstra" klubundan transfer olunub.

Qeyd edək ki, "Araz-Naxçıvan"la "Aris" arasında ilk görüş iyulun 24-də Bakıda, cavab matçı isə 31-də Salonikidə baş tutacaq.

Chosen
17
32
report.az

10Sources