AZ

Hamidu Keyta: “Bizim üçün əsas sınaq…”

“Araz-Naxçıvan”a keçdiyimə görə şadam və həvəslə futbol mövsümünün başlanmasını gözləyirəm”. 

Apasport.az xəbər verir ki, bunu “Araz-Naxçıvan”ın yeni transferi Hamidu Keyta deyib. 

O, klubun mətbuat xidmətinə komandaya keçidi və qarşıdakı oyunla bağlı danışıb: “Komandanın uğur qazanması üçün əlimdən gələnin ən yaxşısını edəcəm. Bura kömək etmək, qələbələr qazanmaq üçün gəlmişəm. “Araz-Naxçıvan” ötən mövsüm yaxşı nəticələr qazandı. Komandanın üçüncü yeri tutması, UEFA Konfrans Liqasına vəsiqə qazanması yaxşı işlərin nəticəsidir. Bunlar “Araz-Naxçıvan”lı olmağıma təsir edən amillərdir. Üstəlik, komandada kifayət qədər tanıdığım futbolçular yer alıb. Bizim üçün əsas sınaq “Aris”lə matçla başlayacaq. Bu görüşü final oyunu da adlandırmaq olar. Bilirik ki, yaxşı bir kollektivə qarşı mübarizə aparacağıq. Rəqibi düzgün analiz edəcəyik və yaxşı hazırlaşacağıq. Bunun üçün vaxtımız var. Transferlərimiz də komandanı gücləndirəcək oyunçulardır”.

Qeyd edək ki, Keyta 2026-cı il mayın 31-dək Azərbaycan klubunun formasını geyinəcək.

AFFA rəsmisi ilk dəfə Çempionlar Liqasına təyinat alıb

“Sabah”dan növbəti heç-heçə - YENİLƏNİB

“Mingəçevir”də iki ayrılıq

Rza Cəfərova Avropadan təklif – Son qərar “Neftçi”də

APOEL qiymət yüksəltdi - "Qarabağ" transferdən imtina etdi

Seçilən
7
33
apasport.az

10Mənbələr