Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Aris” yay toplanışı çərçivəsində yoxlama oyunu keçirib.
QOL.az xəbər verir ki, Yunanıstan təmsilçisi Şotlandiyanın “Livinqston” klubu ilə qarşılaşıb və 1:3 hesabı ilə uduzub.
"Aris"in Belçikanın “Anderlext” (5 iyul)və Niderlandın “AZ Alkmaar” (9 iyul) komandaları ilə yoxlama oyunları da nəzərdə tutulub.
Qeyd edək ki, "Araz-Naxçıvan" "Aris"lə ev oyununu iyulun 24-də, səfər matçını isə iyulun 31-də keçirəcək.