BAKI, 2 iyul. TELEQRAF
Bu ilin yanvar-may aylarında Azərbaycanın Rumıniya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2024-cü ilin eyni dövrünə nisbətdə 68,6% artaraq 408,8 milyon dolları üstələyib.
Teleqraf xəbər verir ki, Azərbaycandan Rumıniyaya ixracın dəyəri 382,4 milyon dollar (71,3% artım), Rumıniyadan Azərbaycana idxalın dəyəri isə 26,4 milyon dollar (37,6% artım) təşkil edib.
Cari ilin ilk beş ayının nəticələrinə görə, ölkənin ümumi ticarət dövriyyəsində Rumıniya ilə ticarətin payı 1,95% təşkil edib ki, bu da bir il öncəki göstəricidən 0,64% bəndi çoxdur.