Şuşa. Trend:
Bu gün Şuşaya iki ildən bir keçirilən Liderlər Zirvəsitoplantısı üçün gəlmişik. Bu dəfəki topantıda Azərbaycan çox fərqliyanaşma sərgilədi.
Trend-in Şuşaya ezam olunmuş əməkdaşı xəbər verir ki,bunu İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibinin köməkçisiÇağatay Emre Öngüt Şuşada keçirilən Biznes Forumu çərçivəsindəjurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, toplantının işi fərqli istiqamətlərdə forumlarlabaşlayıb:
“Ötən gün Gənclik Forumu keçirildi, bu gün Biznes Forumu baştutacaq. İƏT-in bütün üzvlərindən 170-dən çox iş adamını bir arayagətirən görüş baş tutacaq. Bu Biznes Forumu sayca 6-cı olacaq”.
Öngüt əlavə edib ki, təşkilatın hazırkı iş prinsipi dövlətlərləçalışmaqdır.
“Bundan sonrakı dönəmdə biz özəl sektor nümayəndələri ilə dahayaxından çalışmağı hədəfləyirik. Bunun ilk sınağını Şuşadakıforumda keçirəcəyik”, - deyə o fikrini tamamlayıb.