AZ

Türkmənistan xarici işlər naziri: Enerji sahəsində böyük potensialımız mövcuddur

Xankəndi, 4 iyul. TELEQRAF

Türkmənistanın enerji sahəsində inkişaf üçün böyük potensialı və əlverişli şəraiti mövcuddur.

Teleqraf-ın Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Türkmənistan Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredov ECO-nun 17-ci Zirvə görüşündəki çıxışında deyib.

Eyni zamanda, ölkənin coğrafi mövqeyi Asiya ilə Avropa arasında mühüm nəqliyyat və enerji marşrutu kimi xüsusi əhəmiyyət daşıyır. Biz bu istiqamətdə İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) çərçivəsində əməkdaşlığı davam etdirmək niyyətindəyik.

Üzv dövlətlər arasında ticarət əlaqələrinin gücləndirilməsi, humanitar əməkdaşlığın genişləndirilməsi, təhsil sahəsində birgə təşəbbüslərin dəstəklənməsi və ümumilikdə İƏT-i Asiyada aparıcı inteqrasiya platformasına çevirmək üçün bütün imkanlar mövcuddur. Bu məqsədlərə yalnız birgə səylərlə nail ola bilərik.

Seçilən
8
37
teleqraf.com

10Mənbələr