AZ

Tehrandan Vyanaya – MAQATE müfəttişləri ölkədən çıxdı

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) müfəttişləri 4 iyul, cümə günü İrandan ayrılaraq agentliyin Vyanadakı mənzil-qərargahına yola düşüblər.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RIA Novosti məlumat yayıb.

“MAQATE müfəttişlərindən ibarət bir qrup bu gün təhlükəsiz şəkildə İranı tərk edərək agentliyin Vyanadakı mənzil-qərargahına yollanıb”, – agentliyin açıqlamasında bildirilir.

Qeyd edək ki, bu səfər Tehranda son hərbi münaqişə fonunda baş tutub. Bundan öncə verilən məlumatda bildirilirdi ki, İran hakimiyyəti yaxın vaxtlarda ölkədə qalmaqda davam edən MAQATE müfəttişlərini ölkədən çıxarmağa hazırlaşır. Belə bir qərarın bəzi agentlik əməkdaşlarının İranda qanunsuz fəaliyyət göstərdiyinə dair iddialarla bağlı verildiyi vurğulanır. Gözlənilir ki, yaxın zamanda onların çıxarılması ilə bağlı konkret addımlar atılacaq.

Seçilən
6
7
nocomment.az

10Mənbələr