TBİLİSİ, 2 iyul. TELEQRAF
Gürcüstan parlamentinin üzvü Givi Mikanadzenin deputat mandatına vaxtından əvvəl xitam verilib.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, qanunverici orqan müvafiq qərarı 81 səslə qəbul edib.
G.Mikanadzenin deputat səlahiyyətlərinin dayandırılması üçün əsas onun iyunun 30-da ölkənintəhsil, elm və gənclər naziri təyin edilməsi olub.
Qeyd edək ki, G.Mikanadze Gürcüstanın XI çağırış parlamentinin Təhsil, elm və gənclərlə iş üzrə komitəsinin sədri vəzifəsini tutub. O, həmçinin 28 deputatın təmsil olunduğu Azərbaycanla dostluq qrupunun rəhbəri olub.