EN

ABŞ ın nəhəng döyüş gəmisi İran sərhədinə yaxınlaşdı Nə baş verir?

Turkstan.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus nəhəng təyyarədaşıyan gəmi – "USS Carl Vinson" peyk görüntülərində İran sahillərinə çox yaxın məsafədə, Ərəbistan dənizində müşahidə olunub.

Turkustan.az xəbər verir ki, peyk görüntülərini analiz edən beynəlxalq mütəxəssislər, gəmini iki ədəd "Arleigh Burke" sinifli mühafizə gəmisinin də müşayiət etdiyini bildiriblər. Bu isə bölgədə ABŞ-ın hərbi varlığının gücləndirildiyini göstərir.

Məsələ ilə bağlı ABŞ Hərbi Dəniz Qüvvələri İnstitutu təsdiqləyib ki, gəmi hazırda bölgədə dəniz əməliyyatları çərçivəsində fəaliyyət göstərir.

Bu hadisə, İsraillə İran arasında əldə olunmuş atəşkəsin ardınca baş verib. Analitiklər bu hərəkəti ABŞ-ın İranla mümkün qarşıdurmaya hazırlığı kimi qiymətləndirirlər.

Qeyd edək ki, son günlərdə ABŞ-ın B-2 tipli strateji bombardmançıları ilə İranın nüvə obyektlərinə mümkün zərbə planları da müzakirə olunurdu.

Pentaqonun 2025-ci il üçün təklif etdiyi 961,6 milyard dollarlıq hərbi büdcədə 19 yeni döyüş gəmisi və nüvə arsenalının gücləndirilməsi də nəzərdə tutulur.

/publika.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
12
19
icma.az

10Sources