BAKI, 2 iyul. TELEQRAF
“Boeing” şirkəti ABŞ hökuməti ilə 2,8 milyard dollar dəyərində iki peykin hazırlanması və istehsalını nəzərdə tutan müqavilə imzaladığını açıqlayıb.
Teleqraf xəbər verir ki, müqaviləyə əlavə iki peykin hazırlanması üzrə seçim imkanı da daxildir.
Layihə Təkmilləşdirilmiş Strateji Peyk Rabitəsi Proqramı (Evolved Strategic Satellite Communications - ESS) çərçivəsində həyata keçiriləcək və ABŞ Prezidenti və qlobal strateji qüvvələri kosmos əsaslı nüvə, komanda, idarəetmə və rabitə dəstəyi ilə təmin edəcək.
Şirkətin ilk iki kosmik aparatından birini 2031-ci ilə qədər təhvil verməsi planlaşdırılır.
Geostasionar orbitə yerləşdirildikdən sonra ESS proqramı dünyanın müxtəlif bölgələrində yerləşən strateji hərbi qüvvələrə fasiləsiz rabitə təminatı verəcək.