EN

Pentaqon Kiyevə Patriot və Stinger raketlərinin çatdırılmasını dayandırıb

ABŞ Müdafiə Nazirliyinin Ukraynaya müəyyən növ silahların tədarükünü dayandırmaq qərarı “Patriot” zenit-raket kompleksləri və “Stinger” mobil hava hücumundan müdafiə raket sistemlərinə aiddir.

Vətəninfo.az xəbər verir ki, bu barədə mənbələrə istinadən NBC News məlumat yayıb.

Onların məlumatına görə, minlərlə haubitsa, 100-dən çox Hellfire idarə olunan raketi və 250-dən çox GMLRS raketinin təchizatı da dondurulub.

Qeyd olunur ki, müdafiə naziri Pit Heqset ABŞ-ın anbarlarındakı silah ehtiyatlarının Kiyev hakimiyyətinə tədarüklər hesabına boşaldılması ilə bağlı auditin aparılmasına göstəriş verib.

Bundan əvvəl Politico Pentaqonun Ukraynaya hava hücumundan müdafiə raketləri və yüksək dəqiqlikli döyüş sursatlarının tədarükünü dayandırdığını bildirmişdi. 

Chosen
16
41
veteninfo.az

10Sources