Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Vi Son Lak iyulun 6-dan 8-dək Vaşinqtona səfər edəcək.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə onun dəftərxanasından bildirilib.
Vi.Lakın ABŞ Prezidenti Donald Tramp və Cənubi Koreya Lideri Li Çje Myon arasında mümkün sammit təşkilini müzakirə edəcəyi gözlənilir.
Dəftərxananın bəyanatında qeyd olunub ki, səfər zamanı Cənubi Koreya və ABŞ arasında münasibətlərdə bütün aktual məsələlər üzrə müzakirələrin aparılması planlaşdırılır.
Bir gün əvvəl Cənubi Koreyanın ticarət naziri Yo Han Qu ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qrir və digər yüksək vəzifəli rəsmilərlə görüşmək üçün Vaşinqtona gedib.
"Cebheinfo.az"