AZ

Cənubi Koreyanın milli təhlükəsizlik müşaviri ABŞ-yə səfər edəcək

Bakı. Trend:

Cənubi Koreya Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri ViSon Lak iyulun 6-dan 8-dək ABŞ-ın paytaxtı Vaşinqtonda səfərdəolacaq.

Trend-inməlumatına görə, bu barədə müşavirin dəftərxanası rəsmi açıqlamayayıb.

Səfər çərçivəsində Vi Son Lakın ABŞ Prezidenti Donald Tramp vəCənubi Koreya Prezidenti Li Çje Myon arasında mümkün sammitintəşkili məsələsini müzakirə edəcəyi gözlənilir.

Dəftərxanadan verilən məlumata əsasən, səfər zamanı iki ölkəarasında münasibətlərin bütün aktual məsələləri üzrə fikirmübadiləsi aparılacaq.

Qeyd edək ki, səfərdən bir gün əvvəl Cənubi Koreyanın ticarətnaziri Yo Han Qu da Vaşinqtonda ABŞ-nin ticarət nümayəndəsiCeymison Qrir və digər yüksək vəzifəli rəsmilərlə görüşlər keçirməküçün ABŞ-a yollanıb.

Seçilən
20
28
az.trend.az

10Mənbələr