Bakı. Trend:
Ermənistanın Korrupsiya ilə mübarizə komitəsi ölkənin keçmişprezidenti Serj Sarkisyana qarşı rüşvət alma və qanunsuzsahibkarlıq fəaliyyətində iştirakla bağlı ittiham irəli sürüb.
Trend bu barədəErmənistan KİV-ə istinadən xəbər verir.
İstintaq müəyyən edib ki, Sarkisyan qanunvericiliklə qadağanedilməsinə baxmayaraq, vəzifə səlahiyyətlərindən sui-istifadəedərək etibarlı şəxsləri vasitəsilə kommersiya təşkilatları yaradıbvə onlara rəhbərlik edib.
Sarkisyan 2000–2018-ci illərdə Ermənistanın müdafiə naziri, başnazir və prezident vəzifələrini tutub. Agentliyin məlumatına görə,2006-cı ildə Sarkisyan nümayəndəsi M. B. vasitəsilə Kiprdəqeydiyyatdan keçmiş iki Rusiya şirkəti ilə birgə yeni şirkətyaradıb. O, bu şirkətin 50 faiz səhm payını M. B.-yə məxsus olanşirkətin adına, digər 50 faizini isə Rusiya şirkətlərinin adınarəsmiləşdirməyi tapşırıb.
Daha sonra Sarkisyan nümayəndəsindən yeni şirkətdəki 22,5 faizpayı rüşvət kimi onun qohumu və Ermənistanın ikinci prezidentininoğlunun yaratdığı şirkətə verməsini tələb edib. M. B. bu tələbiyerinə yetirərək göstərilən payı satıb və formal müqaviləçərçivəsində investisiya edib.