AZ

Nərminin Türkiyə istirahəti qəhrəmanlıqla yadda qaldı FOTO

ain.az, Dogru.az portalına istinadən məlumat verir.

Müğənni Nərmin Kərimbəyova bu dəfəki yay istirahətini Türkiyədə keçirib. O, səfərə qızı Dilarə ilə birgə yollanıb və tətil boyunca yaşadıqları unudulmaz anları sosial media hesabında sevənləri ilə bölüşüb.

Amma bu səfər sadəcə istirahət yox, həm də qəhrəmanlıqla yadda qalıb.

Ankara şəhərindəki istirahət mərkəzlərindən birində Dilarə anasından bir neçə dəqiqəlik ayrılıb. Elə bu zaman Səbirə adlı bir qadın hovuza düşərkən ehtiyatsızlıq edib və boğulmağa başlayıb. Ən dəhşətlisi isə – ərazidə heç bir təhlükəsizlik işçisinin olmaması olub.

Hadisəni görən Dilarə düşünmədən suya atılıb və qadını xilas edib.

Qadın onun bu cəsarətinə görə minnətdarlığını bildirib, balacaya dualar edib. Dilarənin bu addımı sosial şəbəkədə də böyük təqdirlə qarşılanıb.

Qeyd edək ki, Nərminin qızı həm peşəkar üzgüçü, həm də bacarıqlı bir rəssamdır.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
5
50
dogru.az

10Mənbələr