AZ

Bu məşhur boşandığına görə sevincdən görün nə etdi – FOTO

Aras Holdinq İdarə Heyətinin sədri Baran Aras ötən həftə 14 illik evliliyinə son qoyub və Elif İnci Arasdan rəsmən boşanıb.

Tribunainfo.az xəbər verir ki, daha əvvəl imzaladığı nikah öncəsi müqavilə ilə adından söz etdirən Baran Aras boşandıqdan sonra dəbdəbəli yaxtasında rəqqasələrlə hərəkətinə görə gündəmə gəlib.

Belə ki, Türkiyənin ən böyük yük şirkətlərindən biri olan Aras Cargo-nun da daxil olduğu Aras Holdinqin İdarə Heyətinin sədri Baran Aras və Elif İnci Aras 14 illik evliliklərini keçən həftə tək məhkəmə iclasında bitirib. Elif İnci Aras boşanma prosesi ilə bağlı yalnız bu açıqlamanı verib: “İşi yarıda bilmədik, ona görə ayrıldıq” amma boşanma şərtləri ilə bağlı heç bir məlumat verməyib.

Keçmişdə həyat yoldaşına xəyanət etdiyi bilinən və bu səbəbdən boşanma işi açılan Aras 18 maddəlik nikahdan əvvəl müqavilə imzalayaraq evliliyini xilas etmişdi.

İmzalanan müqavilədə Arasın arvadını bir daha aldatması halında bütün var-dövlətlərindən əl çəkəcəyi də var idi və sözügedən razılaşma mətbuatda böyük səs-küyə səbəb olub.

Bütün bunlara baxmayaraq, Elif İnci Arasdan ayrılan Baran Aras 6 dostu ilə birlikdə Bodrumda lövbər saldığı dəbdəbəli yaxtasında rəqqasələrlə həm ad gününü, həm də boşanmasını qeyd edib.
DJ-ləri və rəqqasələri yaxtasına dəvət edən Baran Aras DJ kabinəsinə keçərək dostlarını mahnılar səsləndirərək əyləndirib, daha sonra tortunun üzərindəki şamı üfürərək əylənməyə davam edib.

Dəniz Pənahova

Seçilən
13
33
tribunainfo.az

10Mənbələr