EN

Prezident İlham Əliyev Özbəkistana investisiyaları prioritet adlandırıb

Bakı. TRend:

Özbəkistana investisiyalar Azərbaycan üçün prioritetdir.Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünkiÖzbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədəçox yaxşı investisiya mühiti yaradılıb.

Trend xəbərverir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev ÖzbəkistanPrezidenti Şavkat Mirziyoyevlə mətbuata bəyanatında deyib.

Azərbaycanın dövlət başçısının sözlərinə görə, təsadüfi deyilki, bu gün Özbəkistan investisiyalar üçün çox cəlbediciölkədir.

Prezident İlham Əliyev qeyd edib: “Bu gün biz həm ticarətdövriyyəsini, həm də qarşılıqlı investisiyaların həcminiəhəmiyyətli dərəcədə artırmaq niyyətimizi bir daha təsdiqlədik. Birmüddət əvvəl yaradılmış Birgə İnvestisiya Fondu artıq praktikiolaraq layihələrlə təmin edilib. Bu gün 10-dan çox layihənin artıqinvestisiya qərarlarının qəbulu mərhələsində olduğu barədə məruzəedildi. Amma təbii ki, biz bunu yalnız başlanğıc kimiqiymətləndiririk, çünki İnvestisiya Fondunun nizamnamə kapitalı 500milyon dollardır. Bizim planlarımız bu rəqəmi bir neçə dəfəüstələyir. Əminəm ki, enerji, mehmanxana biznesi, tikinti, kəndtəsərrüfatı və bir çox digər sahələrdə artıq konkret perspektiviolan və razılaşdırılmış layihələrin, imzalanmış müqavilələrin birgəhəyata keçirilməsi təbii olaraq qarşılıqlı investisiyalarınəhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq. Bu da bizimniyyətimizi əks etdirir, ölkələrimiz arasındakı qardaşlıqmünasibətlərinin ruhuna və xarakterinə uyğundur”.

Chosen
15
33
az.trend.az

10Sources