EN

Tərtərdə 40 yaşlı kişini ilan sancdı

Tərtərdə 40 yaşlı kişini ilan sancıb.

"Unikal" trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Seydimli kəndində baş verib.

Kənd sakini Süleymanov Rəşad Fəxrəddin oğlu həyətlərində təmizlik işləri görərkən ilan onu sağ əlin üçüncü barmağından sancıb.

R.Süleymanov Tərtər Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin yardım göstərilərək, vəziyyəti orta ağır olduğundan paytaxtda yerləşən Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Chosen
25
20
unikal.az

10Sources